Sifariş lövhəsi, buket resepti və maya dəyəri, təzəlik nəzarəti, floristlərin komissiyası — hamısı bir sistemdə. Aşağıda hər ekranı və hər addımı qeydiyyatdan əvvəl görün.
Bu səhifədəki bütün şəkillər real ekran görüntüləridir · Quraşdırma tələb olunmur · Kompüterdə və telefonda
Bu səhifədə
Və sistemin əsası — hər mağazada olan hissə
1Buket resepti
Buket sizdə «təxmini qiymətlə» satılmasın. Şablona gülləri, lenti, kağızı yığın — sistem mayanı, marjanı və qazancı özü hesablayır.
Necə əlavə edilir
11 qızılgül + lent + kağız = 17,00 ₼ maya · 35 ₼ satış · 51,4% marja — hamısını sistem sayıb.
Bütün şablonlar bir siyahıda: maya, qiymət, marja və vitrində neçə hazır buket var.
2Sifariş qəbulu
İnstagram və telefon sifarişləri dəftərdə itməsin: müştəri, alıcı, ünvan, saat aralığı, açıqca kartının mətni və beh — hamısı bir formada.
Necə əlavə edilir
Beh alındığı tarixlə kassaya düşür — təhvil günü kassanız «şişmir», hesabat düz qalır.
Açıqca kartının mətni və «kimdən» sifarişin içində saxlanılır — florist çap edib buketə əlavə edir.
3Sifariş lövhəsi
Yeni → Yığılır → Hazır → Yolda → Təhvil verildi. Toy günü 15 sifariş olanda belə heç biri unudulmur.
Necə idarə olunur
Siyahı görünüşündə hər sifarişin statusu, yekunu və qalıq borcu da görünür — «kim ödəməyib?» sualı bir baxışla cavablanır.
4Yığım
Buketi vitrin üçün əvvəlcədən yığırsınız, sifariş üzrə yığırsınız, ya da sərbəst — hər üç halda sərfiyyat avtomatik hesablanır.
Necə əlavə edilir
2 × «Romantika» = 22 qızılgül + 2 lent + 2 sellofan. Sistem özü sayıb, anbardan özü silib.
5Zay və təzəlik
Hər gülə saxlama müddəti təyin edin: sistem son mədaxilə görə yaşı sayır və vəziyyəti göstərir — Təzə, 2 gün qalıb, Vaxtı keçib.
Necə işləyir
Zibilə atılan hər dəstə indi rəqəmdir: 4 qızılgül = 4,80 ₼ itki, səbəbi və məsulu ilə.
6Floristlər
Kassada növbə bir loginlə işləsə də, hər satış və hər yığım kimə aiddirsə, onun adına yazılır. Ay sonunda «kim nə qədər qazandı?» mübahisəsi olmur.
Necə qurulur
7Hesabat
Dövriyyə nə qədərdir? Orta çek neçədir? İtki neçə faizdir? Kim nə qazandı? — hamısı bir səhifədə, tarix aralığı ilə.
Hesabat nəyi göstərir
Komissiya düsturu şəffafdır: satış × satış% + yığım dəyəri × yığım%. Maaş sisteminə avtomatik yazılır.
Bu, ayrıca «çiçək proqramı» deyil. Kassa, alış, anbar, müştərilər, borclar və hesabatlar — mağazanın bütün gündəlik işi eyni sistemdə, eyni rəqəmlərlə.
﹢Satış və kassa
Mağazadakı gündəlik satış üçün POS ekranı: məhsullar kartlarla, buketlər də daxil. Hər satış anbardan silinir və hesabata düşür.
Necə satılır
Qismən ödənişli satış avtomatik «Qismən» statusu alır — qalıq müştərinin borcuna yazılır.
Bütün satışlar bir siyahıda: Ödənilib / Qismən statusları, ödənilən və qalıq məbləğlər.
﹢Alış
Bazadan gül aldınız — bir sənədlə həm anbara mədaxil edin, həm təchizatçı ilə hesablaşmanı aparın.
Necə əlavə edilir
120 qızılgül + 80 ağ qızılgül + lilium… — bir sənəd, 776 ₼, anbar dərhal yeniləndi.
﹢Anbar
Hər məhsulun qalığı, maya dəyəri və satış dəyəri bir səhifədə. İnventarizasiya, filiallar arası köçürmə və düzəlişlər — hamısı sənədlə.
Nəyə nəzarət edirsiniz
Misal: 1 893 vahid mal · maya 1 921 ₼ · satış dəyəri 3 211 ₼ → potensial mənfəət 1 290 ₼.
﹢Müştərilər
Kim nə vaxt nə alıb, nə qədər ödəyib, nə qədər borcu qalıb — telefonla axtarın, bir baxışla görün.
Necə işləyir
﹢Təchizatçılar
Gül bazası, dekor mağazası, qablaşdırma — hər təchizatçının alış tarixçəsi və borc qalığı öz kartında.
Necə işləyir
﹢Borclar
Qismən ödənişli hər satış avtomatik borca çevrilir. Borclular bir səhifədə — məbləğ, son əməliyyat və neçə gün keçdiyi ilə.
Necə işləyir
Misal yuxarıdadır: 18,50 ₼ satış, 10 ₼ ödənilib → 8,50 ₼ borc öz-özünə siyahıya düşdü.
﹢Hesabatlar
Rentabellik, alış-satış, məhsul, xərc, vergi, anbar, müştərilər, işçilər… Dövrü seçin — rəqəmlər hazırdır.
Ən çox istifadə olunanlar
Hər hesabatda «Excel-ə çıxar» düyməsi var — mühasibinizə göndərmək bir saniyədir.
Qeydiyyatdan ilk sifarişə qədər — təxminən yarım saat.
Cəmi 3 sahə. Biznes tipində «Çiçək mağazası» seçin — modul avtomatik qoşulur.
Gül, lent, qablaşdırmanı məhsul kimi yaradın və alış sənədi ilə anbara mədaxil edin.
Ən çox satılan 3–5 buketin reseptini yığın — maya və marja avtomatik hesablanacaq.
Lövhədə «+ Yeni sifariş» — və bütün gün artıq nəzarətinizdədir.
Qeydiyyat zamanı biznes tipi kimi «Çiçək mağazası» seçin — modul avtomatik aktivləşir. Mövcud hesaba da qoşula bilər, bizə yazmanız kifayətdir.
Bəli. Kassa (POS), anbar, alış, xərclər, maliyyə, müştərilər və hesabatlar — çiçək modulu bu sistemin üstündə işləyir, ayrıca proqram deyil.
Xeyr. Sistem brauzerdə işləyir: iş yerində kompüterdə, evdən isə telefonla vəziyyətə baxırsınız.
Başlanğıc üçün nümunə məlumatlar bir düymə ilə yüklənir, Excel-dən məhsul idxalı da var. İlk qurulumda komandamız kömək edir.
Qeydiyyat 1 dəqiqə çəkir — 3 sahə, kart tələb olunmur.
Sualınız var? WhatsApp ilə yazın — iş saatlarında dəqiqələr içində cavab veririk.
Biznesiniz başqa sahədədir? Hər biri üçün ayrıca səhifə var.
Bütün biznes növləri →