Ana səhifəHəllərOtel və hostel
Otel, hostel və qonaq evləri üçün

Nömrələr, bronlar və qonaqlar — bir şahmatda

Bütün nömrələr və tarixlər tək cədvəldə. Bron açın, qonağın hesabını yığın, çıxışda sistem avtomatik satış yaradır — gəlir kassaya və hesabata düşür. Otel də, hostel də (çarpayı ilə) bir sistemdə.

Kart tələb olunmur 1 dəqiqəyə qeydiyyat Pulsuz tarif həmişəlik
DoluluqReal vaxtda 86%
Bu gün girişQarşılama hazır 7
Bu ay gəlirÇıxışdan avtomatik 4 200 ₼
Niyə 1Cloud

Köhnə üsulların ağrısını aradan qaldırın

Dəftər və Excel səhvlərə, itən pula və vaxta yol açır. Budur, 1Cloud necə dəyişir:

Bronları dəftər və ya Excel-də aparırsan, ikiqat bron olur
Şahmat cədvəldə hər nömrə və tarix göz önündə — ikiqat bron mümkün deyil
Qonağın hesabını (yaşayış + minibar + xidmət) əl ilə yığırsan
Folioda hamısı toplanır, çıxışda avtomatik satışa çevrilir
Hansı nömrə boşdur, hansı təmizlik gözləyir — bilmirsən
Şahmat və Təmizlik lövhəsində status real vaxtda görünür
Necə işləyir

Otel və hostel — necə işləyir

Yerləşmə cədvəli

Şahmat — bütün bronlar bir baxışda

Nömrələr sətir, günlər sütun. Bron açmaq üçün boş xanaya klikləyin, mövcud bronu isə sürüşdürərək başqa nömrəyə və ya tarixə köçürün. Boşluq və ikiqat bron dərhal görünür.

  • Sürüşdür-burax ilə bron köçürmə
  • Boş yerlər və doluluq real vaxtda
  • Bu gün giriş / çıxış / gecikmiş — panelde
Şahmat · 15–21 İyul Doluluq 86%
15161718192021
101 LüksAygün M.Bron
102 StandartRəşad Q.
Dorm A1TomAnna
Qonaq hesabı

Folio — yaşayış və xidmətlər bir hesabda

Bronun içində qonağın hesabı yığılır: gecələr, minibar, səhər yeməyi, transfer. Beh və hər sonrakı ödəniş tarixçəyə düşür, qalıq borc həmişə göz önündədir.

  • Yaşayış + əlavə xidmətlər tək folioda
  • Beh / avans və ödəniş tarixçəsi
  • Minibar kimi məhsullar anbardan silinir
app.1cloud.az/app/sells
Kontaktlar Məhsullar Alış Satış Anbar Hesabat
DM
SatışlarQaralamalarTəkliflərQaytarmalar
Satışlar
+ Yeni satış
Bu ayBütün filiallarStatus: hamısı
TarixFakturaMüştəriÖdənişToplamQalıq
01.07SAT-1042Aygün M.Ödənilib84.00 ₼0.00
01.07SAT-1041Elçin R.Qismən240.00 ₼120.00
30.06SAT-1040KeçiciÖdənilib18.60 ₼0.00
30.06SAT-1039Nurlan Q.💳 Kredit600.00 ₼500.00
30.06SAT-1038Səbinə A.Borc45.00 ₼45.00
Avtomatik uçot

Çıxış = avtomatik satış

Qonaq çıxanda folio bir kliklə Satışa çevrilir: gəlir kassaya, ödənişlər müştəri balansına, məhsullar anbardan silinir, nömrə isə təmizliyə düşür. Ayrıca uçot aparmağa ehtiyac yoxdur.

  • Gəlir kassa və Hesabata (P&L) avtomatik
  • Qonaq = müştəri bazasında, tarixçə ilə
  • Çıxışdan sonra nömrə avtomatik təmizliyə
app.1cloud.az/app/cash-register
Kontaktlar Məhsullar Alış Satış Anbar Hesabat
DM
POS terminalSatışlarKassa
Kassa növbəsi · Mərkəz · açıq
Növbəni bağla
Başlanğıc nağd100 ₼
Satış sayı42
Nağd satış640 ₼
Kassada olmalı712 ₼
HərəkətMəbləğ
Nağd satış+640.00 ₼
Kart ödənişləri+310.00 ₼
Qaytarma (nağd)−18.00 ₼
Xərc (nağd)−10.00 ₼
İmkanlar

Bu bölmədə sizi nə gözləyir

Tariflər və mövsüm

Tarix aralığı və həftə gününə görə avtomatik qiymət.

Təmizlik (housekeeping)

Çıxışdan sonra nömrə avtomatik təmizliyə düşür.

Otel və hostel

Nömrə bütöv və ya çarpayı (dorm) — bir sistemdə.

Qonaq bazası

Hər qonaq müştəri kartında — tarixçə və borc.

Doluluq və gəlir

Occupancy %, ADR, RevPAR, nömrə/xidmət üzrə gəlir.

Qeydiyyat kartı

Qonaq hesabı və qeydiyyat kartını çap edin.

Necə başlamalı

4 sadə addımda işə başlayın

1

Qeydiyyatdan keçin

1 dəqiqəyə pulsuz hesab — kart tələb olunmur.

2

Kataloqu doldurun

Məhsul və ya xidmətləri əl ilə və ya Excel ilə əlavə edin.

3

İlkin qalığı daxil edin

Mövcud anbar qalıqlarını qeyd edin (xidmət üçün — istəyə görə).

4

İşə başlayın

Nəticələri real vaxtda izləyin.

★★★★★

«Bronları dəftərdə aparırdım, bəzən ikiqat düşürdü. İndi şahmatda hər şey görünür, çıxışda hesab özü yığılır — gəlirə də rahat baxıram.»

EH
Elvin HüseynovQonaq evi · 12 nömrə
FAQ

Tez-tez verilən suallar

Bəli. Nömrə tipində «çarpayı ilə satış» seçsəniz, otaq dorm kimi işləyir və hər çarpayı ayrıca bronlanır. Adi otellərdə isə nömrə bütöv satılır. Hər ikisi eyni sistemdə işləyə bilər.

Qonaq çıxış edəndə folio (yaşayış + xidmətlər) avtomatik Satışa çevrilir — gəlir kassaya və Hesabata düşür, minibar kimi məhsullar anbardan silinir. Ayrıca əməliyyat lazım deyil.

Bəli. Bron yaradılanda beh, sonra isə istənilən sayda ödəniş qeyd olunur; çıxışda hamısı satışın ödənişlərinə keçir və qalıq borc göstərilir.

Bəli. Tariflərdə tarix aralığı və həftə günlərinə görə qiymət təyin edirsiniz — bron zamanı gecə qiyməti avtomatik gəlir.

Digər həllər

Biznesinizə uyğun həlli seçin

Bu gün pulsuz başlayın

Biznesinizi bir sistemdə idarə etməyə indi başlayın — kart tələb olunmur, 1 dəqiqəyə hazırsınız.

Pulsuz hesab yarat