Ana səhifəHəllərOtel / qonaq evi
1Cloud · Otel və qonaq evi üçün

Şahmat, bronlar, təmizlik və gəlir — bir sistemdə

Yerləşmə cədvəli (şahmatka), bron kartı beh və folio ilə, housekeeping və otel hesabatı (ADR, RevPAR). Aşağıda hər ekranı qeydiyyatdan əvvəl görün.

Bu səhifədəki bütün şəkillər real ekran görüntüləridir · Quraşdırma tələb olunmur · Kompüterdə və telefonda

1cloud.az/app/hotel
Şahmat — yerləşmə cədvəli

1Şahmat

Bütün otel bir cədvəldə — kim harada, nə vaxta qədər

Otaqlar sətirlərlə, günlər sütunlarla. Rezerv, yerləşib, çıxış — rənglərlə. Bu gün neçə giriş-çıxış olduğu yuxarıda sayılır.

Necə qurulur

  1. Otaqlar bölməsində tipləri yaradın: Standart, Lüks, Ailəvi — gecə qiyməti ilə.
  2. Otaqları tiplərə bağlayın; hostel üçün çarpayı ilə satış da var.
  3. + Yeni bron — qonaq, tarixlər, otaq; şahmatda zolaq kimi görünür.
  4. Mövsümi qiymət üçün tariflər: dövr + günlər + qiymət.

Bu gün: 2 giriş · 3 aktiv bron — hamısı bir baxışla.

1cloud.az/app/hotel
Şahmat — bronlar rənglərlə

2Bron kartı

Gecə hesabı, beh və minibar — hamısı bron kartında

Qonaq, tarixlər, otaq — sistem gecə sayını və məbləği özü hesablayır. Beh alınır, qalıq borc görünür, minibar folio-ya yazılır.

Necə işləyir

  1. Qonağı bazadan axtarın — təkrar gələn qonaq iki saniyəyə tapılır.
  2. Tarixləri seçin — gecə sayı və məbləğ avtomatik.
  3. Beh/avans alın — qalıq borc kartda qırmızı ilə izlənir.
  4. Folio: minibar, səhər yeməyi — məhsul anbardan, xidmət sərbəst mətnlə.
  5. Giriş (check-in) → Çıxış + Satış — çıxışda hesab avtomatik satışa çevrilir.

3 gecə × 80 = 240 ₼ + minibar 1,2 ₼ · beh 100 → qalıq 141,2 ₼ — sistem sayıb.

1cloud.az/app/hotel/booking-form
Bron kartı — hesab, beh, folio

3Təmizlik

Housekeeping — hansı otaq təmiz, hansı gözləyir

Hər otağın statusu: təmiz, təmizlik gözləyir, bağlı. Xadimə üçün ayrıca sadə ekran — resepşndan asılı olmadan işləyir.

Necə işləyir

  1. Otel → Təmizlik — bütün otaqlar kartlarla.
  2. Çıxışdan sonra otaq «təmizlik gözləyir» statusuna düşür.
  3. Xadimə təmizlədi — bir toxunuşla «təmiz».
  4. Təmirdəki otağı «bağlı» edin — şahmatda satışa çıxmır.
1cloud.az/app/hotel/housekeeping
Təmizlik — otaq statusları

4Otel hesabatı

Yüklənmə, ADR, RevPAR — otelin əsl göstəriciləri

Otelçiliyin standart metrikaları avtomatik: doluluq faizi, orta gecə qiyməti, otaq tiplərinə və xidmətlərə görə gəlir.

Nəyi görürsünüz

  1. Yüklənmə (occupancy) — satılan gecə / mövcud gecə.
  2. ADR — satılan gecəyə düşən orta gəlir; RevPAR — mövcud gecəyə.
  3. Otaq tiplərinə görə — hansı tip daha çox qazandırır.
  4. Çıxışda yaradılan satışlar ümumi hesabata да düşür — P&L, kassa, müştəri balansı.

Gəlir 1 141 ₼ · ADR 570,6 ₼ · borc 741 ₼ — dövr üzrə bir ekranda.

1cloud.az/app/hotel/report
Otel hesabatı — occupancy, ADR, RevPAR
Sistemin əsası

Otel modulu tam ERP-nin üstündə işləyir

Kassa, alış, anbar, müştərilər, borclar və hesabatlar — otelin restoranı və təsərrüfatı da eyni sistemdə, eyni rəqəmlərlə.

Satış / POSAlışAnbarMüştərilərTəchizatçılarBorclarMaliyyəHesabatlar

Satış və kassa

Kassa — toxun, ödə, çek çıxsın

Otelin marketi və barı üçün POS ekranı: məhsullar kartlarla, barkod skaneri ilə. Hər satış anbardan silinir və hesabata düşür.

Necə satılır

  1. Satış → POS — məhsula toxunun və ya barkodu skan edin.
  2. Satıcını seçin — satış onun adına yazılır, komissiyası hesablanır.
  3. Ödəniş: nağd, kart, qarışıq və ya nisyə; çek çap olunur.
  4. Böyük sənədlər üçün Yeni satış forması: tarix, müştəri, qismən ödəniş, qeyd.

Qismən ödənişli satış avtomatik «Qismən» statusu alır — qalıq müştərinin borcuna yazılır.

1cloud.az/app/pos
POS ekranı — məhsul kartları, səbət və ödəniş
1cloud.az/app/sells
Satışlar siyahısı — ödəniş statusları və qalıq

Bütün satışlar bir siyahıda: Ödənilib / Qismən statusları, ödənilən və qalıq məbləğlər.

Alış

Mal qəbulu — anbar və maya avtomatik yenilənir

Otel üçün ərzaq və təsərrüfat malları aldınız — bir sənədlə anbara mədaxil edin.

Necə əlavə edilir

  1. Alış → Yeni alışa — təchizatçını seçin (yoxdursa, iki kliklə yaradın).
  2. Məhsulları axtarıb say və alış qiymətini yazın — cəmi avtomatik.
  3. Ödənilən məbləği qeyd edin — qalan avtomatik təchizatçıya borc olur.
  4. «Məhsulun alış qiymətini yenilə» işarəsi ilə sənəddəki qiymət mayaya yazılır.

Minibar və səhər yeməyi məhsulları alışla mədaxil olunur — folio satışları anbardan silir.

1cloud.az/app/purchases
Alışlar siyahısı — təchizatçılar, ödəniş statusu

Anbar

Anbarda nə var, neçəyə başa gəlib, neçəyə satılacaq

Hər məhsulun qalığı, maya dəyəri və satış dəyəri bir səhifədə. İnventarizasiya, filiallar arası köçürmə və düzəlişlər — hamısı sənədlə.

Nəyə nəzarət edirsiniz

  1. Ümumi qalıq və hər məhsul üzrə say — real vaxtda.
  2. Maya və satış dəyəri — anbarınızda nə qədər pul «yatır».
  3. İnventarizasiya — sayım aparın, fərqlər sənədlə düzəlsin.
  4. Köçürmə — filiallar/anbarlar arasında mal hərəkəti.

Misal: 1 893 vahid mal · maya 1 921 ₼ · satış dəyəri 3 211 ₼ → potensial mənfəət 1 290 ₼.

1cloud.az/app/reports/stock
Anbar hesabatı — qalıq, maya və satış dəyəri

Müştərilər

Hər müştərinin öz kartı: satışlar, ödənişlər, borc

Kim nə vaxt nə alıb, nə qədər ödəyib, nə qədər borcu qalıb — telefonla axtarın, bir baxışla görün.

Necə işləyir

  1. Satışda müştərinin adını yazın — baza özü yığılır.
  2. Kartda: cəmi satış, alınan ödəniş, qalıq borc və aylar üzrə qrafik.
  3. Topdan müştərini işarələyin — ona avtomatik topdan qiymət düşür.
  4. Excel-ə çıxarış, qruplar, şəxsi/şirkət idxalı.
1cloud.az/app/contacts/…
Müştəri kartı — satışlar, ödənişlər, borc, qrafiklər
1cloud.az/app/contacts
Müştərilər siyahısı — borc sütunları ilə

Təchizatçılar

Təchizatçılarla hesablaşma həmişə düz qalır

Ərzaq təchizatçıları, camaşırxana, kommunal — hər birinin tarixçəsi öz kartında.

Necə işləyir

  1. Kontaktlar → Yeni kontakt — növü «Təchizatçı».
  2. Hər alış avtomatik onun hesabına yazılır — tarixçə kartda.
  3. Natamam ödənişlər «Bizim borc» sütununda görünür.
  4. Təchizatçı borcu səhifəsi — kimə nə qədər borcunuz var, bir siyahıda.
1cloud.az/app/contacts?type=supplier
Təchizatçılar siyahısı — borc sütunları

Borclar

Nisyə dəftəri artıq lazım deyil

Qismən ödənişli hər satış avtomatik borca çevrilir. Borclular bir səhifədə — məbləğ, son əməliyyat və neçə gün keçdiyi ilə.

Necə işləyir

  1. Satışda ödənilən məbləği yazın — qalıq avtomatik borc olur.
  2. Borclular səhifəsində hamısı: borc, limit, son əməliyyat, neçə gün.
  3. WA / SMS düymələri ilə müştəriyə xatırlatma göndərin.
  4. «Ödəniş al» — borc bağlananda kassaya düşür, tarixçə saxlanılır.

Misal yuxarıdadır: 18,50 ₼ satış, 10 ₼ ödənilib → 8,50 ₼ borc öz-özünə siyahıya düşdü.

1cloud.az/app/debtors
Borclu müştərilər — WA/SMS xatırlatma və Ödəniş al

Hesabatlar

17+ hazır hesabat — Excel-ə bir kliklə

Rentabellik, alış-satış, məhsul, xərc, vergi, anbar, müştərilər, işçilər… Dövrü seçin — rəqəmlər hazırdır.

Ən çox istifadə olunanlar

  1. Hesabat icmalı — satış, alış, xərc, anbar dəyəri, alacaq və borc bir ekranda.
  2. Rentabellik — mənfəət məhsul, kateqoriya və dövr üzrə.
  3. Anbar hesabatı — qalıqların dəyəri, inventarizasiya.
  4. Xərc hesabatı — icarə, maaş, kommunal… kateqoriyalarla.

Hər hesabatda «Excel-ə çıxar» düyməsi var — mühasibinizə göndərmək bir saniyədir.

1cloud.az/app/reports
Hesabat icmalı — göstəricilər, dinamika və detallı hesabatlar

4 addımda başlayın

Qeydiyyatdan ilk brona qədər — təxminən yarım saat.

1

Qeydiyyatdan keçin

Cəmi 3 sahə — otel üçün sistem dərhal hazırdır, quraşdırma yoxdur.

2

Otaqları qurun

Tipləri gecə qiymətləri ilə yaradın, otaqları mərtəbələrə bağlayın.

3

İlk bronu yazın

Qonaq + tarixlər + otaq — şahmatda zolaq göründü.

4

Günü idarə edin

Check-in, folio, check-out + satış — gəlir hesabata özü düşür.

Tez-tez verilən suallar

Otel modulu necə qoşulur?

Qeydiyyat zamanı biznes tipində oteli seçin — modul avtomatik aktivləşir. Mövcud hesaba da qoşula bilər.

Hostel üçün işləyir?

Bəli — otaq tipində «çarpayı ilə satış» rejimi var: yerlər çarpayı-çarpayı satılır.

Kompüterə quraşdırma lazımdır?

Xeyr. Resepşnda kompüterdə, xadimə telefonda təmizlik ekranında işləyir.

Restoran/bar da var?

POS və anbar əsas sistemdədir — barın satışı və minibar folio eyni anbardan gedir.

Otelinizi bu gün sistemə köçürün

Qeydiyyat 1 dəqiqə çəkir — 3 sahə, kart tələb olunmur.

Sualınız var? WhatsApp ilə yazın — iş saatlarında dəqiqələr içində cavab veririk.

Biznesiniz başqa sahədədir? Hər biri üçün ayrıca səhifə var.

Bütün biznes növləri →