Sürətli POS, kassa növbəsi və Z-hesabat, endirim kampaniyaları, barkod, borclar və 17+ hesabat. Aşağıda hər ekranı qeydiyyatdan əvvəl görün.
Bu səhifədəki bütün şəkillər real ekran görüntüləridir · Quraşdırma tələb olunmur · Kompüterdə və telefonda
Bu səhifədə
Və sistemin əsası — hər biznesdə olan hissə
1Kassa (POS)
Məhsullar kartlarla, barkod skaneri, ada görə axtarış. Nağd, kart, qarışıq ödəniş və nisyə — hamısı bir ekranda.
Necə satılır
Hər satış anbardan silinir və hesabata düşür — gün sonu «rəqəm tutmur» dərdi yoxdur.
2Kassa növbəsi
Kassir növbəni başlanğıc nağdla açır, gün boyu bütün hərəkət yığılır: nağd satış, qaytarma, xərc. Bağlananda faktiki pul sayılır — fərq dərhal görünür.
Necə işləyir
Kassada olmalı: 150 ₼ — kassir saydı, fərq varsa səbəbi ilə yazılır.
3Endirimlər
Faiz və ya məbləğ endirimi; brend, kateqoriya və filial üzrə; başlanğıc-bitmə tarixi ilə. Kampaniya bitəndə özü sönür.
Necə qurulur
«Payız kampaniyası −10%» · 01.09–30.09 · Aktiv — bir dəqiqəyə quruldu.
4Toplu idxal
Köhnə sistemdən və ya təchizatçı cədvəlindən: sətirləri kopyalayın, yapışdırın — məhsullar, kateqoriyalar, qiymətlər və qalıq hazır.
Necə işləyir
51 məhsul bir yapışdırmaya — yaradıldı: 51, səhv: 0.
Alış, anbar, müştərilər, təchizatçılar, borclar və hesabatlar — mağazanın bütün gündəlik işi eyni sistemdə, eyni rəqəmlərlə.
﹢Satış və kassa
Gündəlik satış üçün POS ekranı: məhsullar kartlarla, barkod skaneri ilə. Hər satış anbardan silinir və hesabata düşür.
Necə satılır
Qismən ödənişli satış avtomatik «Qismən» statusu alır — qalıq müştərinin borcuna yazılır.
Bütün satışlar bir siyahıda: Ödənilib / Qismən statusları, ödənilən və qalıq məbləğlər.
﹢Alış
Təchizatçıdan mal aldınız — bir sənədlə həm anbara mədaxil edin, həm hesablaşmanı aparın.
Necə əlavə edilir
Bütün partiya bir alış sənədi ilə mədaxil olunur — anbar və maya dərhal yenilənir.
﹢Anbar
Hər məhsulun qalığı, maya dəyəri və satış dəyəri bir səhifədə. İnventarizasiya, filiallar arası köçürmə və düzəlişlər — hamısı sənədlə.
Nəyə nəzarət edirsiniz
Misal: 1 893 vahid mal · maya 1 921 ₼ · satış dəyəri 3 211 ₼ → potensial mənfəət 1 290 ₼.
﹢Müştərilər
Kim nə vaxt nə alıb, nə qədər ödəyib, nə qədər borcu qalıb — telefonla axtarın, bir baxışla görün.
Necə işləyir
﹢Təchizatçılar
Topdan bazalar və distribyutorlar — hər təchizatçının alış tarixçəsi və borc qalığı öz kartında.
Necə işləyir
﹢Borclar
Qismən ödənişli hər satış avtomatik borca çevrilir. Borclular bir səhifədə — məbləğ, son əməliyyat və neçə gün keçdiyi ilə.
Necə işləyir
Misal yuxarıdadır: 18,50 ₼ satış, 10 ₼ ödənilib → 8,50 ₼ borc öz-özünə siyahıya düşdü.
﹢Hesabatlar
Rentabellik, alış-satış, məhsul, xərc, vergi, anbar, müştərilər, işçilər… Dövrü seçin — rəqəmlər hazırdır.
Ən çox istifadə olunanlar
Hər hesabatda «Excel-ə çıxar» düyməsi var — mühasibinizə göndərmək bir saniyədir.
Qeydiyyatdan ilk çekə qədər — təxminən yarım saat.
Cəmi 3 sahə — mağaza üçün sistem dərhal hazırdır, quraşdırma yoxdur.
Məhsul siyahınızı Excel-dən toplu idxala yapışdırın — dəqiqələrə hazır.
Başlanğıc nağdı yazın — kassa hazırdır, satışlar növbəyə yığılacaq.
POS-da skan edin — satış, anbar və hesabat öz-özünə işləyir.
Ərzaq, geyim, kosmetika, market və istənilən pərakəndə. Xüsusi sahələr üçün ayrıca səhifələrimiz də var — çiçək, telefon, tikinti və s.
Bəli, adi USB skaner və standart çek printerləri dəstəklənir — quraşdırma tələb olunmur.
Xeyr. Sistem brauzerdə işləyir: mağazada kompüterdə, evdən telefonla satışlara baxırsınız.
Bəli. Hər filialın öz anbarı, kassası və növbəsi olur; hesabatlar həm ayrı, həm ümumi baxılır.
Qeydiyyat 1 dəqiqə çəkir — 3 sahə, kart tələb olunmur.
Sualınız var? WhatsApp ilə yazın — iş saatlarında dəqiqələr içində cavab veririk.
Biznesiniz başqa sahədədir? Hər biri üçün ayrıca səhifə var.
Bütün biznes növləri →