Ana səhifəHəllərMağaza / ticarət
1Cloud · Mağaza və pərakəndə ticarət üçün

Mağazanızın kassası, anbarı və hesabatı — bir sistemdə

Sürətli POS, kassa növbəsi və Z-hesabat, endirim kampaniyaları, barkod, borclar və 17+ hesabat. Aşağıda hər ekranı qeydiyyatdan əvvəl görün.

Bu səhifədəki bütün şəkillər real ekran görüntüləridir · Quraşdırma tələb olunmur · Kompüterdə və telefonda

1cloud.az/app/pos
POS — sürətli satış ekranı

1Kassa (POS)

Növbə yığılmasın — skan et, ödə, növbəti

Məhsullar kartlarla, barkod skaneri, ada görə axtarış. Nağd, kart, qarışıq ödəniş və nisyə — hamısı bir ekranda.

Necə satılır

  1. Satış → POS — skaneri işə salın və ya adla axtarın.
  2. Karta toxunun — səbətə düşür; say və qiymət düzəlişi yerindəcə.
  3. Satıcını seçin — komissiyası avtomatik hesablanır.
  4. Ödəniş: nağd, kart, qarışıq və ya nisyə; çek çap olunur, anbar silinir.

Hər satış anbardan silinir və hesabata düşür — gün sonu «rəqəm tutmur» dərdi yoxdur.

1cloud.az/app/pos
POS — məhsul kartları və səbət

2Kassa növbəsi

Növbəni aç, günü bağla — Z-hesabatla

Kassir növbəni başlanğıc nağdla açır, gün boyu bütün hərəkət yığılır: nağd satış, qaytarma, xərc. Bağlananda faktiki pul sayılır — fərq dərhal görünür.

Necə işləyir

  1. Satış → Kassa (növbə) — filial seçin, başlanğıc nağdı yazın.
  2. Gün boyu satışlar avtomatik növbəyə yığılır — ödəniş üsulları üzrə.
  3. Nağd hərəkəti: satış + / qaytarma − / xərc − = kassada olmalı.
  4. «Növbəni bağla və Z-hesabat» — faktiki sayılan nağdla fərq qeydə alınır.

Kassada olmalı: 150 ₼ — kassir saydı, fərq varsa səbəbi ilə yazılır.

1cloud.az/app/cash-register
Kassa növbəsi — nağd hərəkəti və Z-hesabat

3Endirimlər

Kampaniyanı bir dəfə qurun — kassa özü tətbiq etsin

Faiz və ya məbləğ endirimi; brend, kateqoriya və filial üzrə; başlanğıc-bitmə tarixi ilə. Kampaniya bitəndə özü sönür.

Necə qurulur

  1. Satış → Endirimlər → + Yeni endirim — ad və faiz/məbləğ.
  2. Hədəf seçin: bütün mağaza, konkret brend və ya kateqoriya.
  3. Tarix aralığı — kampaniya avtomatik başlayır və bitir.
  4. POS satışda endirim özü tətbiq olunur — kassir heç nə hesablamır.

«Payız kampaniyası −10%» · 01.09–30.09 · Aktiv — bir dəqiqəyə quruldu.

1cloud.az/app/discounts
Endirimlər — kampaniyalar tarixlərlə

4Toplu idxal

Bazanı Excel-dən bir yapışdırmayla köçürün

Köhnə sistemdən və ya təchizatçı cədvəlindən: sətirləri kopyalayın, yapışdırın — məhsullar, kateqoriyalar, qiymətlər və qalıq hazır.

Necə işləyir

  1. Məhsullar → Toplu idxal et — Excel-dən Ctrl+C / Ctrl+V.
  2. Sütunlar: ad, barkod, kateqoriya, brend, alış, satış, qalıq…
  3. «Yoxla» — hər sətir yoxlanır: yeni / yenilənəcək / səhv.
  4. «İdxal et» — kateqoriya və brendlər özü yaranır.

51 məhsul bir yapışdırmaya — yaradıldı: 51, səhv: 0.

1cloud.az/app/products/quick-import
Toplu idxal — yoxlanış və nəticə
Sistemin əsası

Və bu, hələ hamısı deyil — tam ERP əsasdadır

Alış, anbar, müştərilər, təchizatçılar, borclar və hesabatlar — mağazanın bütün gündəlik işi eyni sistemdə, eyni rəqəmlərlə.

Satış / POSAlışAnbarMüştərilərTəchizatçılarBorclarMaliyyəHesabatlar

Satış və kassa

Kassa — toxun, ödə, çek çıxsın

Gündəlik satış üçün POS ekranı: məhsullar kartlarla, barkod skaneri ilə. Hər satış anbardan silinir və hesabata düşür.

Necə satılır

  1. Satış → POS — məhsula toxunun və ya barkodu skan edin.
  2. Satıcını seçin — satış onun adına yazılır, komissiyası hesablanır.
  3. Ödəniş: nağd, kart, qarışıq və ya nisyə; çek çap olunur.
  4. Böyük sənədlər üçün Yeni satış forması: tarix, müştəri, qismən ödəniş, qeyd.

Qismən ödənişli satış avtomatik «Qismən» statusu alır — qalıq müştərinin borcuna yazılır.

1cloud.az/app/pos
POS ekranı — məhsul kartları, səbət və ödəniş
1cloud.az/app/sells
Satışlar siyahısı — ödəniş statusları və qalıq

Bütün satışlar bir siyahıda: Ödənilib / Qismən statusları, ödənilən və qalıq məbləğlər.

Alış

Mal qəbulu — anbar və maya avtomatik yenilənir

Təchizatçıdan mal aldınız — bir sənədlə həm anbara mədaxil edin, həm hesablaşmanı aparın.

Necə əlavə edilir

  1. Alış → Yeni alışa — təchizatçını seçin (yoxdursa, iki kliklə yaradın).
  2. Məhsulları axtarıb say və alış qiymətini yazın — cəmi avtomatik.
  3. Ödənilən məbləği qeyd edin — qalan avtomatik təchizatçıya borc olur.
  4. «Məhsulun alış qiymətini yenilə» işarəsi ilə sənəddəki qiymət mayaya yazılır.

Bütün partiya bir alış sənədi ilə mədaxil olunur — anbar və maya dərhal yenilənir.

1cloud.az/app/purchases
Alışlar siyahısı — təchizatçılar, ödəniş statusu

Anbar

Anbarda nə var, neçəyə başa gəlib, neçəyə satılacaq

Hər məhsulun qalığı, maya dəyəri və satış dəyəri bir səhifədə. İnventarizasiya, filiallar arası köçürmə və düzəlişlər — hamısı sənədlə.

Nəyə nəzarət edirsiniz

  1. Ümumi qalıq və hər məhsul üzrə say — real vaxtda.
  2. Maya və satış dəyəri — anbarınızda nə qədər pul «yatır».
  3. İnventarizasiya — sayım aparın, fərqlər sənədlə düzəlsin.
  4. Köçürmə — filiallar/anbarlar arasında mal hərəkəti.

Misal: 1 893 vahid mal · maya 1 921 ₼ · satış dəyəri 3 211 ₼ → potensial mənfəət 1 290 ₼.

1cloud.az/app/reports/stock
Anbar hesabatı — qalıq, maya və satış dəyəri

Müştərilər

Hər müştərinin öz kartı: satışlar, ödənişlər, borc

Kim nə vaxt nə alıb, nə qədər ödəyib, nə qədər borcu qalıb — telefonla axtarın, bir baxışla görün.

Necə işləyir

  1. Satışda müştərinin adını yazın — baza özü yığılır.
  2. Kartda: cəmi satış, alınan ödəniş, qalıq borc və aylar üzrə qrafik.
  3. Topdan müştərini işarələyin — ona avtomatik topdan qiymət düşür.
  4. Excel-ə çıxarış, qruplar, şəxsi/şirkət idxalı.
1cloud.az/app/contacts/…
Müştəri kartı — satışlar, ödənişlər, borc, qrafiklər
1cloud.az/app/contacts
Müştərilər siyahısı — borc sütunları ilə

Təchizatçılar

Təchizatçılarla hesablaşma həmişə düz qalır

Topdan bazalar və distribyutorlar — hər təchizatçının alış tarixçəsi və borc qalığı öz kartında.

Necə işləyir

  1. Kontaktlar → Yeni kontakt — növü «Təchizatçı».
  2. Hər alış avtomatik onun hesabına yazılır — tarixçə kartda.
  3. Natamam ödənişlər «Bizim borc» sütununda görünür.
  4. Təchizatçı borcu səhifəsi — kimə nə qədər borcunuz var, bir siyahıda.
1cloud.az/app/contacts?type=supplier
Təchizatçılar siyahısı — borc sütunları

Borclar

Nisyə dəftəri artıq lazım deyil

Qismən ödənişli hər satış avtomatik borca çevrilir. Borclular bir səhifədə — məbləğ, son əməliyyat və neçə gün keçdiyi ilə.

Necə işləyir

  1. Satışda ödənilən məbləği yazın — qalıq avtomatik borc olur.
  2. Borclular səhifəsində hamısı: borc, limit, son əməliyyat, neçə gün.
  3. WA / SMS düymələri ilə müştəriyə xatırlatma göndərin.
  4. «Ödəniş al» — borc bağlananda kassaya düşür, tarixçə saxlanılır.

Misal yuxarıdadır: 18,50 ₼ satış, 10 ₼ ödənilib → 8,50 ₼ borc öz-özünə siyahıya düşdü.

1cloud.az/app/debtors
Borclu müştərilər — WA/SMS xatırlatma və Ödəniş al

Hesabatlar

17+ hazır hesabat — Excel-ə bir kliklə

Rentabellik, alış-satış, məhsul, xərc, vergi, anbar, müştərilər, işçilər… Dövrü seçin — rəqəmlər hazırdır.

Ən çox istifadə olunanlar

  1. Hesabat icmalı — satış, alış, xərc, anbar dəyəri, alacaq və borc bir ekranda.
  2. Rentabellik — mənfəət məhsul, kateqoriya və dövr üzrə.
  3. Anbar hesabatı — qalıqların dəyəri, inventarizasiya.
  4. Xərc hesabatı — icarə, maaş, kommunal… kateqoriyalarla.

Hər hesabatda «Excel-ə çıxar» düyməsi var — mühasibinizə göndərmək bir saniyədir.

1cloud.az/app/reports
Hesabat icmalı — göstəricilər, dinamika və detallı hesabatlar

4 addımda başlayın

Qeydiyyatdan ilk çekə qədər — təxminən yarım saat.

1

Qeydiyyatdan keçin

Cəmi 3 sahə — mağaza üçün sistem dərhal hazırdır, quraşdırma yoxdur.

2

Bazanı idxal edin

Məhsul siyahınızı Excel-dən toplu idxala yapışdırın — dəqiqələrə hazır.

3

Növbəni açın

Başlanğıc nağdı yazın — kassa hazırdır, satışlar növbəyə yığılacaq.

4

İlk çeki vurun

POS-da skan edin — satış, anbar və hesabat öz-özünə işləyir.

Tez-tez verilən suallar

Hansı mağazalar üçün uyğundur?

Ərzaq, geyim, kosmetika, market və istənilən pərakəndə. Xüsusi sahələr üçün ayrıca səhifələrimiz də var — çiçək, telefon, tikinti və s.

Barkod skaneri və çek printeri işləyir?

Bəli, adi USB skaner və standart çek printerləri dəstəklənir — quraşdırma tələb olunmur.

Kompüterə quraşdırma lazımdır?

Xeyr. Sistem brauzerdə işləyir: mağazada kompüterdə, evdən telefonla satışlara baxırsınız.

Bir neçə filialım var — olar?

Bəli. Hər filialın öz anbarı, kassası və növbəsi olur; hesabatlar həm ayrı, həm ümumi baxılır.

Mağazanızı bu gün sistemə köçürün

Qeydiyyat 1 dəqiqə çəkir — 3 sahə, kart tələb olunmur.

Sualınız var? WhatsApp ilə yazın — iş saatlarında dəqiqələr içində cavab veririk.

Biznesiniz başqa sahədədir? Hər biri üçün ayrıca səhifə var.

Bütün biznes növləri →