Ana səhifəHəllərTəmir-tikinti işləri
1Cloud · Təmir-tikinti işləri üçün

Obyektlər, smeta və ödəniş qrafiki — bir sistemdə

Sorğudan təhvilə qədər obyekt lövhəsi, ölçülərdən avtomatik smeta, 30/40/20/10 ödəniş qrafiki, material buraxılışı və briqadalar. Aşağıda hər ekranı qeydiyyatdan əvvəl görün.

Bu səhifədəki bütün şəkillər real ekran görüntüləridir · Quraşdırma tələb olunmur · Kompüterdə və telefonda

1cloud.az/app/construction/project/1/estimate
Smeta — düsturlarla avtomatik hesablanır

1Smeta

Ölçüləri yazın — smeta özü hesablansın

Hovuzun uzunluğu, eni, dərinliyi — sistem sahəni, həcmi, qazıntını hesablayır. Şablondan 22 sətirlik smeta düsturlarla doldurulur: maya, müştəriyə qiymət və mənfəət hazır.

Necə işləyir

  1. Obyektdə ölçüləri yazın — AREA, VOL, PERIM, EXC kimi dəyişənlər yaranır.
  2. «Şablondan doldur» — tipik smeta bir kliklə: hər sətirdə düstur (məs. AREA*0.15).
  3. Ölçü dəyişdi? «Düsturla yenidən hesabla» — bütün miqdarlar yenilənir.
  4. «Kommersiya təklifi» — müştəriyə çap üçün hazır sənəd.

8×4 hovuz: maya 11 935 ₼ → müştəriyə 18 059 ₼ → mənfəət 6 123 ₼ (33,9%) — hamısını sistem saydı.

1cloud.az/app/construction/project/1/estimate
Smeta — düstur, maya, satış, mənfəət
1cloud.az/app/construction — Yeni obyekt
Yeni obyekt — ölçülərdən canlı hesablama

Ölçünü yazan kimi: su güzgüsü 50 m² · həcm 85 m³ · kasa sahəsi 101 m² — modalda canlı görünür.

2Obyekt lövhəsi

Bütün obyektlər bir lövhədə — mərhələ-mərhələ

Sorğu → Ölçmə → Smeta → Müqavilə → Qazıntı → Kasa… Kartı sütuna sürüşdürün — mərhələ dəyişir. Gecikən obyekt dərhal görünür.

Necə idarə olunur

  1. + Yeni obyekt — ad, müştəri, ünvan, ölçülər, müqavilə məbləği.
  2. Kartda məbləğ və borc — yuxarıda isə ümumi KPI-lar.
  3. Kartı sürüşdürün — obyekt növbəti mərhələyə keçir.
  4. Qrafik görünüşü — obyektlər təqvimdə, gecikənlər qırmızı.
1cloud.az/app/construction
Obyekt lövhəsi — mərhələlər üzrə kanban

3Ödəniş qrafiki

30/40/20/10 — müştəri ödənişləri nəzarətdə

Müqavilə məbləği mərhələlərə bölünür: avans, kasa hazır olanda, avadanlıq, təhvil. Hər ödəniş qrafik sətrinə bağlanır — kim nə vaxt nə ödəməlidir, bəllidir.

Necə işləyir

  1. «30/40/20/10 qrafiki» — standart bölgü bir kliklə yaranır.
  2. Tarixlər mərhələlərin planına bağlanır; faizləri dəyişmək olar.
  3. + Ödəniş — alınan məbləğ qrafik sətrinə yazılır, status «Ödənilib».
  4. Müştəri borcu KPI-da canlı: alınıb / qalıq.

Avans 5 550 ₼ ödənilib → qalıq borc 12 950 ₼ — kart özü göstərir.

1cloud.az/app/construction/project — Ödənişlər
Ödəniş qrafiki — 30/40/20/10 və avans

4Material buraxılışı

Anbardan obyektə — hər kisə hesabda

Sement, armatur, boya — anbardan obyektə sənədlə buraxılır. Anbar qalığı azalır, obyektin faktiki xərci və maya dəyəri yığılır.

Necə işləyir

  1. Obyektdə Materiallar → + Material buraxılışı.
  2. Məhsulu axtarın, miqdar yazın — anbar qalığı yanında görünür.
  3. Mərhələ və briqadaya bağlayın — kim nəyə xərclədi, bəllidir.
  4. Smeta və fakt müqayisəsi: plandan artıq xərc dərhal qabarır.

20 kisə sement + 120 m armatur = 282 ₼ → obyektin faktiki xərcinə düşdü, mənfəət yeniləndi.

1cloud.az/app/construction/project — Materiallar
Material buraxılışı — anbardan obyektə

5Obyekt kartı

Bir obyekt — bütün tarixçə bir kartda

Mərhələlər plan-fakt tarixləri ilə, smeta və fakt, subpodratlar, xərclər, ödənişlər, aktlar və fayllar — tablarla bir yerdə.

Nə var

  1. Tipik mərhələlər bir kliklə: qazıntı, kasa, hidroizolyasiya, üzlük…
  2. KPI sətri: hazırlıq %, müddət, müqavilə, xərc/smeta, borc, mənfəət.
  3. Obyekt pasportu çapı — ünvan, ölçülər, müştəri bir vərəqdə.
  4. «Təhvil ver və Satış yarat» — obyekt bağlananda avanslar satışa köçür.
1cloud.az/app/construction/project/1
Obyekt kartı — mərhələlər və KPI
Sistemin əsası

Təmir-tikinti modulu tam ERP-nin üstündə işləyir

Alış, anbar, müştərilər, borclar və hesabatlar — materiallar və hesablaşmalar eyni sistemdə, eyni rəqəmlərlə.

Satış / POSAlışAnbarMüştərilərTəchizatçılarBorclarMaliyyəHesabatlar

Satış və kassa

Kassa — toxun, ödə, çek çıxsın

Mağazanız da varsa — POS ekranı ilə pərakəndə satış eyni anbardan. Hər satış anbardan silinir və hesabata düşür.

Necə satılır

  1. Satış → POS — məhsula toxunun və ya barkodu skan edin.
  2. Satıcını seçin — satış onun adına yazılır, komissiyası hesablanır.
  3. Ödəniş: nağd, kart, qarışıq və ya nisyə; çek çap olunur.
  4. Böyük sənədlər üçün Yeni satış forması: tarix, müştəri, qismən ödəniş, qeyd.

Qismən ödənişli satış avtomatik «Qismən» statusu alır — qalıq müştərinin borcuna yazılır.

1cloud.az/app/pos
POS ekranı — məhsul kartları, səbət və ödəniş
1cloud.az/app/sells
Satışlar siyahısı — ödəniş statusları və qalıq

Bütün satışlar bir siyahıda: Ödənilib / Qismən statusları, ödənilən və qalıq məbləğlər.

Alış

Mal qəbulu — anbar və maya avtomatik yenilənir

Zavoddan material aldınız — bir sənədlə anbara mədaxil edin, sonra obyektlərə buraxın.

Necə əlavə edilir

  1. Alış → Yeni alışa — təchizatçını seçin (yoxdursa, iki kliklə yaradın).
  2. Məhsulları axtarıb say və alış qiymətini yazın — cəmi avtomatik.
  3. Ödənilən məbləği qeyd edin — qalan avtomatik təchizatçıya borc olur.
  4. «Məhsulun alış qiymətini yenilə» işarəsi ilə sənəddəki qiymət mayaya yazılır.

Fura gəldi: sement, gips, profil — bir alış sənədi, anbar dərhal yeniləndi.

1cloud.az/app/purchases
Alışlar siyahısı — təchizatçılar, ödəniş statusu

Anbar

Anbarda nə var, neçəyə başa gəlib, neçəyə satılacaq

Hər məhsulun qalığı, maya dəyəri və satış dəyəri bir səhifədə. İnventarizasiya, filiallar arası köçürmə və düzəlişlər — hamısı sənədlə.

Nəyə nəzarət edirsiniz

  1. Ümumi qalıq və hər məhsul üzrə say — real vaxtda.
  2. Maya və satış dəyəri — anbarınızda nə qədər pul «yatır».
  3. İnventarizasiya — sayım aparın, fərqlər sənədlə düzəlsin.
  4. Köçürmə — filiallar/anbarlar arasında mal hərəkəti.

Misal: 1 893 vahid mal · maya 1 921 ₼ · satış dəyəri 3 211 ₼ → potensial mənfəət 1 290 ₼.

1cloud.az/app/reports/stock
Anbar hesabatı — qalıq, maya və satış dəyəri

Müştərilər

Hər müştərinin öz kartı: satışlar, ödənişlər, borc

Kim nə vaxt nə alıb, nə qədər ödəyib, nə qədər borcu qalıb — telefonla axtarın, bir baxışla görün.

Necə işləyir

  1. Satışda müştərinin adını yazın — baza özü yığılır.
  2. Kartda: cəmi satış, alınan ödəniş, qalıq borc və aylar üzrə qrafik.
  3. Topdan müştərini işarələyin — ona avtomatik topdan qiymət düşür.
  4. Excel-ə çıxarış, qruplar, şəxsi/şirkət idxalı.
1cloud.az/app/contacts/…
Müştəri kartı — satışlar, ödənişlər, borc, qrafiklər
1cloud.az/app/contacts
Müştərilər siyahısı — borc sütunları ilə

Təchizatçılar

Təchizatçılarla hesablaşma həmişə düz qalır

Zavodlar, bazalar, subpodratçılar — hər birinin tarixçəsi və borc qalığı öz kartında.

Necə işləyir

  1. Kontaktlar → Yeni kontakt — növü «Təchizatçı».
  2. Hər alış avtomatik onun hesabına yazılır — tarixçə kartda.
  3. Natamam ödənişlər «Bizim borc» sütununda görünür.
  4. Təchizatçı borcu səhifəsi — kimə nə qədər borcunuz var, bir siyahıda.
1cloud.az/app/contacts?type=supplier
Təchizatçılar siyahısı — borc sütunları

Borclar

Nisyə dəftəri artıq lazım deyil

Qismən ödənişli hər satış avtomatik borca çevrilir. Borclular bir səhifədə — məbləğ, son əməliyyat və neçə gün keçdiyi ilə.

Necə işləyir

  1. Satışda ödənilən məbləği yazın — qalıq avtomatik borc olur.
  2. Borclular səhifəsində hamısı: borc, limit, son əməliyyat, neçə gün.
  3. WA / SMS düymələri ilə müştəriyə xatırlatma göndərin.
  4. «Ödəniş al» — borc bağlananda kassaya düşür, tarixçə saxlanılır.

Misal yuxarıdadır: 18,50 ₼ satış, 10 ₼ ödənilib → 8,50 ₼ borc öz-özünə siyahıya düşdü.

1cloud.az/app/debtors
Borclu müştərilər — WA/SMS xatırlatma və Ödəniş al

Hesabatlar

17+ hazır hesabat — Excel-ə bir kliklə

Rentabellik, alış-satış, məhsul, xərc, vergi, anbar, müştərilər, işçilər… Dövrü seçin — rəqəmlər hazırdır.

Ən çox istifadə olunanlar

  1. Hesabat icmalı — satış, alış, xərc, anbar dəyəri, alacaq və borc bir ekranda.
  2. Rentabellik — mənfəət məhsul, kateqoriya və dövr üzrə.
  3. Anbar hesabatı — qalıqların dəyəri, inventarizasiya.
  4. Xərc hesabatı — icarə, maaş, kommunal… kateqoriyalarla.

Hər hesabatda «Excel-ə çıxar» düyməsi var — mühasibinizə göndərmək bir saniyədir.

1cloud.az/app/reports
Hesabat icmalı — göstəricilər, dinamika və detallı hesabatlar

4 addımda başlayın

Qeydiyyatdan ilk obyektə qədər — təxminən yarım saat.

1

Qeydiyyatdan keçin

Cəmi 3 sahə — sistem dərhal hazırdır, quraşdırma yoxdur.

2

Materialları mədaxil edin

Alış sənədi ilə anbara alın — buraxılışa hazır olsun.

3

İlk obyekti açın

Müştəri, ölçülər, müqavilə — smeta şablondan dolsun.

4

Qrafiki qurun

30/40/20/10 — avansı alın, işə başlayın.

Tez-tez verilən suallar

Yalnız hovuz üçündür?

Xeyr — istənilən təmir-tikinti obyektinə uyğundur: smeta şablonları və mərhələlər özünüz qurulur, düstur dəyişənləri ölçülərdən gəlir.

Briqadalarla hesablaşma var?

Bəli — briqadalar bölməsində işlər və hesablamalar aparılır, material buraxılışı briqadaya bağlanır.

Kompüterə quraşdırma lazımdır?

Xeyr. Ofisdə kompüterdə, obyektdə telefonla işləyirsiniz.

Müştəriyə nə göndərim?

«Kommersiya təklifi» və «Obyekt pasportu» çap sənədləri hazırdır — smetadan bir kliklə.

Obyektlərinizi bu gün sistemə köçürün

Qeydiyyat 1 dəqiqə çəkir — 3 sahə, kart tələb olunmur.

Sualınız var? WhatsApp ilə yazın — iş saatlarında dəqiqələr içində cavab veririk.

Biznesiniz başqa sahədədir? Hər biri üçün ayrıca səhifə var.

Bütün biznes növləri →