Topdan/pərakəndə qiymətlər, podratçılarla nisyə hesablaşma, kisə-metr-ədəd vahidləri və anbar. Aşağıda hər ekranı qeydiyyatdan əvvəl görün.
Bu səhifədəki bütün şəkillər real ekran görüntüləridir · Quraşdırma tələb olunmur · Kompüterdə və telefonda
Bu səhifədə
Və sistemin əsası — hər biznesdə olan hissə
1Topdan qiymət
Hər malda iki qiymət saxlayın: pərakəndə və topdan. Müştəri «topdan» işarələnibsə, satışda topdan qiymət özü düşür.
Necə işləyir
Usta Ramin üçün: sement 9 → 8,20, gipskarton 12,50 → 11,50 — avtomatik.
2Nisyə və borclar
Podratçı malı götürür, pulun bir hissəsini ödəyir — qalan avtomatik borca yazılır. Kim nə qədər borcludur, bir səhifədə.
Necə işləyir
347 ₼ mal, 150 ödədi → 197 ₼ borc öz-özünə yazıldı — dəftər-qələm yoxdur.
3Materiallar bazası
Sement kisə ilə, armatur metrlə, boya ədədlə satılır — sistem hamısını dəstəkləyir. Qalıq və qiymətlər bir siyahıda.
Necə qurulur
Armatur 500 metr, sement 120 kisə, gipskarton 90 ədəd — qalıq həmişə dəqiq.
Kassa, alış, anbar, müştərilər, borclar və hesabatlar — mağazanın bütün gündəlik işi eyni sistemdə, eyni rəqəmlərlə.
﹢Satış və kassa
Gündəlik pərakəndə satış üçün POS ekranı: məhsullar kartlarla, barkod skaneri ilə. Hər satış anbardan silinir və hesabata düşür.
Necə satılır
Qismən ödənişli satış avtomatik «Qismən» statusu alır — qalıq müştərinin borcuna yazılır.
Bütün satışlar bir siyahıda: Ödənilib / Qismən statusları, ödənilən və qalıq məbləğlər.
﹢Alış
Zavoddan və ya bazadan mal aldınız — bir sənədlə həm anbara mədaxil edin, həm hesablaşmanı aparın.
Necə əlavə edilir
Fura gəldi: sement, gips, profil — bir alış sənədi, anbar və maya dərhal yeniləndi.
﹢Anbar
Hər məhsulun qalığı, maya dəyəri və satış dəyəri bir səhifədə. İnventarizasiya, filiallar arası köçürmə və düzəlişlər — hamısı sənədlə.
Nəyə nəzarət edirsiniz
Misal: 1 893 vahid mal · maya 1 921 ₼ · satış dəyəri 3 211 ₼ → potensial mənfəət 1 290 ₼.
﹢Müştərilər
Kim nə vaxt nə alıb, nə qədər ödəyib, nə qədər borcu qalıb — telefonla axtarın, bir baxışla görün.
Necə işləyir
﹢Təchizatçılar
Zavodlar, topdan bazalar, daşıyıcılar — hər təchizatçının alış tarixçəsi və borc qalığı öz kartında.
Necə işləyir
﹢Borclar
Qismən ödənişli hər satış avtomatik borca çevrilir. Borclular bir səhifədə — məbləğ, son əməliyyat və neçə gün keçdiyi ilə.
Necə işləyir
Misal yuxarıdadır: 18,50 ₼ satış, 10 ₼ ödənilib → 8,50 ₼ borc öz-özünə siyahıya düşdü.
﹢Hesabatlar
Rentabellik, alış-satış, məhsul, xərc, vergi, anbar, müştərilər, işçilər… Dövrü seçin — rəqəmlər hazırdır.
Ən çox istifadə olunanlar
Hər hesabatda «Excel-ə çıxar» düyməsi var — mühasibinizə göndərmək bir saniyədir.
Qeydiyyatdan ilk satışa qədər — təxminən yarım saat.
Cəmi 3 sahə — mağaza üçün sistem dərhal hazırdır, quraşdırma yoxdur.
Vahidləri ilə (kisə, metr, ədəd) idxal edin, topdan qiymətləri yazın.
Daimi podratçıları «topdan müştəri» kimi işarələyin — qiymət özü düşəcək.
Qismən ödənişli satış — borc özü yazılır, WA ilə xatırladırsınız.
Xeyr. Topdan qiymət yalnız «topdan müştəri» işarəli kontaktlara tətbiq olunur; qalanlar pərakəndə qiymətlə alır.
Bəli, müştəri kartında borc limiti təyin olunur — limit aşılanda sistem xəbərdarlıq edir.
Xeyr. Sistem brauzerdə işləyir: mağazada kompüterdə, obyektdən telefonla qalığa baxırsınız.
Var. Köçürmə sənədi ilə mal filiallar arasında hərəkət edir, hər anbarın öz qalığı olur.
Qeydiyyat 1 dəqiqə çəkir — 3 sahə, kart tələb olunmur.
Sualınız var? WhatsApp ilə yazın — iş saatlarında dəqiqələr içində cavab veririk.
Biznesiniz başqa sahədədir? Hər biri üçün ayrıca səhifə var.
Bütün biznes növləri →