BələdçiYeniliklər
Başlanğıc

Yeniliklər

1Cloud-da son əlavələr və təkmilləşdirmələr — nə dəyişdi, nə əlavə olundu.

1Cloud hər həftə təkmilləşir. Bu səhifədə son əlavələri və dəyişiklikləri görə bilərsiniz.

Yeni «Maliyyə» bölməsi: pulunuz harada və nə qədərdir 13.08.2026

  • Yeni «Maliyyə» bölməsi: Kassa və Bank hesablarının qalıqları + bütün mədaxil/məxaric lenti — hər ödəniş avtomatik hesaba düşür
  • Hesablar arası köçürmə (məs. inkassasiya) və əl ilə mədaxil/məxaric əməliyyatları
  • İdarə panelində «Maliyyə» zolağı: hesab qalıqları və seçilmiş dövr üzrə pul axını — bir kliklə bölməyə keçid
  • Panelin yuxarısında sürətli düymələr: POS satış, yeni satış, alış, xərc, məhsul
  • Yeniliklər artıq panelin ən yuxarısında incə banner kimi görünür — yeni buraxılışları qaçırmayacaqsınız

Rollar və icazələr: kimin nəyi görməsinə tam nəzarət 12.08.2026

  • Yenilənmiş rol redaktoru: icazələr bölmələr üzrə qruplaşdırılıb, hər biri sadə dildə izah olunur
  • Nöqtəvi görünürlük: alış qiyməti, mənfəət, müştəri telefonları — hər sahəni ayrıca gizlətmək olar (satıcı görməsin, mühasib görsün)
  • Gizlədilən məlumatlar serverdə kəsilir — brauzer hiyləsi ilə açmaq mümkün deyil
  • «Maliyyə» bölməsi üçün ayrıca icazələr: baxış, köçürmə, əl ilə mədaxil/məxaric, silmə

Mobil tətbiq: «1Cloud — Biznes və Satış» App Store və Google Play-də 10.08.2026

  • Telefondan tam iş: satış, alış, borclar, kontaktlar və günün mənzərəsi
  • İnternetsiz də işləyir — kataloq və sənədlər telefonda saxlanılır, əməliyyatlar şəbəkə qayıdanda avtomatik göndərilir
  • Kamera ilə barkod skaneri — məhsulu bir saniyəyə tapın
  • App Store və Google Play-də «1Cloud» axtarın və ya saytdakı keçidlərdən yükləyin

Masaüstü (desktop) versiya — Windows və macOS üçün 05.08.2026

  • Kompüterə quraşdırılan 1Cloud: brauzersiz, bir kliklə açılır — saytdan yükləmək mümkündür
  • Offline rejim: internet kəsiləndə də satış davam edir
  • Kassa kompüterləri üçün ideal — tam ekran POS rejimi

Sahə modulları: Otel, İstehsal, Çiçək və B2B Portal 28.07.2026

  • Otel/Hostel: bron şahmatkası, otaq və çarpayılar, tariflər, təmizlik — çıxışda avtomatik satış sənədi
  • İstehsal: reseptlər (BOM) və istehsal əmrləri — xammal silinir, hazır məhsul anbara düşür, maya dəyəri hesablanır
  • Çiçək mağazası: sifariş lövhəsi, buket reseptləri, yığım, floristlər və zay uçotu
  • B2B Portal: topdan müştəriləriniz üçün ayrıca kabinet — öz qiyməti ilə sifariş verirlər, siz bir kliklə satışa çevirirsiniz
  • Modullar istəyə görə qoşulur — bizə yazın, aktivləşdirək

Asan başlanğıc: sadə qeydiyyat, demo məlumatlar və Yardım mərkəzi 20.07.2026

  • Qeydiyyat 1 dəqiqəyə: yalnız ad və telefon — sistem dərhal açılır
  • Biznes növünüzə uyğun nümunə məlumatlar — sistemi dolu halda görüb öyrənirsiniz, sonra bir düymə ilə silinir
  • Yardım mərkəzi 1cloud.az/help: başlanğıcdan hesabatlara qədər addım-addım təlimatlar
  • «İlk addımlar» bələdçisi idarə panelində — məhsul, satış, kataloq importu

Sənəd düzəlişi və yeni hesabatlar 14.07.2026

  • Satış, alış və xərc sənədlərini sonradan düzəltmək mümkündür — anbar və ödənişlər avtomatik yenidən hesablanır
  • Yeni hesabat: Müştərilər — kim nə qədər alıb, borcu nə qədərdir, nə vaxtdan gəlmir
  • Yeni hesabat: İşçilər — hər satıcının satışı, orta çeki və gətirdiyi mənfəət
  • Rentabellik hesabatı: hansı məhsul həqiqətən qazandırır

İstənilən tarix aralığı və axtarışda qalıq sıralaması 07.07.2026

  • Bütün hesabatlarda və siyahılarda (Satış, Alış, Xərclər) «Tarix» — istənilən tarix aralığını seçin
  • İdarə panelində də tarix aralığı + qrafikdə günlük satış məbləği (xəttə toxunanda görünür)
  • Satış axtarışında sıralama: qalığı çox olanlar əvvəl (istəsəniz — az olanlar və ya A→Z)
  • Sətir menyusu («▾») artıq tam görünür — kəsilmirdi problemi həll olundu

Ağıllı axtarış və xərclərdə borc ödənişi 06.07.2026

  • Axtarış sözlərlə işləyir: «caska cs55» — hər iki söz addakı istənilən yerdə tapılır (satışda, məhsullarda, yuxarı axtarışda)
  • Xərclərdə borc qalan sənədə sonradan ödəniş etmək və xərci silmək mümkündür
  • Məhsul səhifəsində «Son satışlar» — hər satışın dəqiq tarixi və saatı
  • Alış və satış sənədlərində artıq saat da qeyd olunur

Satış sil, qaytarma sil və POS-da qiymət düzəlişi 03.07.2026

  • Satışın silinməsi düzəldildi — anbar və ödənişlər avtomatik geri qayıdır
  • Qaytarmaların silinməsi əlavə olundu
  • POS-da hər sətirin qiymətini ayrıca dəyişmək mümkündür
  • Yeni qeydiyyatdan keçənlər üçün: qeydiyyatdan dərhal sistemə giriş və «İlk addımlar» bələdçisi

Təklifiniz var? WhatsApp-la yazın — real istifadəçilərin təklifləri əsasında sistemi inkişaf etdiririk.

Hazırsınız? İndi sınayın

Pulsuz hesab yaradın və bu addımları öz biznesinizdə tətbiq edin.

Pulsuz başla